Həcc ayinləri kitabı

Qurbanlıq dəvəni Məkkəyə göndərməyənin həcci ümrə niyyətinə çevirməsi

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَبْدِ الْمَلِكِ ، عَنْ طَاوُوسٍ ، عَنْ سُرَاقَةَ بْنِ مَالِكِ بْنِ جُعْشُمٍ ، أَنَّهُ قَالَ : يَا رَسُولَ اللهِ أَرَأَيْتَ عُمْرَتَنَا هَذِهِ لِعَامِنَا أَمْ لأَبَدٍ ؟ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : هِيَ لأَبَدٍ.

“Rəvayət edilir ki, bir dəfə Suraqa ibn Malik ibn Cuşum ﵁ dedi: “Ey Allahın Elçisi! Bu şəkildə edilən ümrə yalnız bu il üçün belədir, yoxsa həmişə belə olacaq?” Allah Elçisi ﷺ buyurdu: “Həmişə belə olacaq”.”

Suraqa ibn Malik ibn Cuşum
Səhih

İstinad

Nəsəi, 2806 (Həcc, 188)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı