Həcc ayinləri kitabı

Qurbanlıq dəvəni Məkkəyə göndərməyənin həcci ümrə niyyətinə çevirməsi

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا ابْنُ عُلَيَّةَ ، عَنْ ابْنِ جُرَيْجٍ ، قَالَ : أَخْبَرَنِي عَطَاءٌ ، عَنْ جَابِرٍ ، قَالَ : أَهْلَلْنَا أَصْحَابَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْحَجِّ خَالِصًا لَيْسَ مَعَهُ غَيْرُهُ خَالِصًا وَحْدَهُ ، فَقَدِمْنَا مَكَّةَ صَبِيحَةَ رَابِعَةٍ ، مَضَتْ مِنْ ذِي الْحِجَّةِ ، فَأَمَرَنَا النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : أَحِلُّوا ، وَاجْعَلُوهَا عُمْرَةً فَبَلَغَهُ عَنَّا أَنَّا نَقُولُ : لَمَّا لَمْ يَكُنْ بَيْنَنَا وَبَيْنَ عَرَفَةَ إِلاَّ خَمْسٌ ، أَمَرَنَا أَنْ نَحِلَّ فَنَرُوحَ إِلَى مِنًى ، وَمَذَاكِيرُنَا تَقْطُرُ مِنَ الْمَنِيِّ ، فَقَامَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَخَطَبَنَا ، فَقَالَ : فَقَدْ بَلَغَنِي الَّذِي قُلْتُمْ ، وَإِنِّي لأَبَرُّكُمْ وَأَتْقَاكُمْ ، وَلَوْلاَ الْهَدْيُ لَحَلَلْتُ ، وَلَوِ اسْتَقْبَلْتُ مِنْ أَمْرِي ، مَا اسْتَدْبَرْتُ مَا أَهْدَيْتُ قَالَ : وَقَدِمَ عَلِيٌّ مِنَ الْيَمَنِ فَقَالَ : بِمَا أَهْلَلْتَ ؟ قَالَ بِمَا أَهَلَّ بِهِ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : فَأَهْدِ ، وَامْكُثْ حَرَامًا كَمَا أَنْتَ قَالَ وَقَالَ سُرَاقَةُ بْنُ مَالِكِ بْنِ جُعْشُمٍ : يَا رَسُولَ اللهِ ، أَرَأَيْتَ عُمْرَتَنَا هَذِهِ لِعَامِنَا هَذَا أَوْ لِلأَبَدِ ؟ قَالَ : هِيَ لِلأَبَدِ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisinin ﷺ səhabələri olaraq yalnız həcc etmək niyyəti ilə ehrama girdik. Zil-Hiccənin dördüncü səhəri Məkkəyə gəldik. Allah Elçisi ﷺ ehramdan çıxmağımızı buyurdu və həcc niyyətimizi ümrə niyyəti ilə dəyişməyi əmr etdi. Arafaya çıxmağımıza beş gün qalmışdı ki, ehrama girib Minaya getməyimizi əmr etdi. (Zövcələrimizdən ayrı qaldığımıza görə) cinsiyyət üzvümüzdən məzi gəlirdi. Bu əsnada Peyğəmbər ﷺ qalxaraq bizə bir xütbə dedi: “Danışdıqlarınız mənə çatdı. Mən sizin aranızda Allaha ən çox itaət edən və yolunu Allahın Kitabı ilə getməyə çalışanınızam. Əgər qurbanlığımı (Məkkəyə) göndərməsəydim, mən də ehramdan çıxardım. Belə olacağını bilsəydim, qurbanlığı göndərməzdim”. Bu vaxt Əli Yəməndən qayıtmışdı. Peyğəmbər ﷺ ona dedi: “Ehram hansı niyyətlə girdin?” O da: “Allah Elçisi ﷺ hansı niyyətlə ehrama girdisə, mən də o niyyətlə ehrama girdim”- dedi. Peyğəmbər ﷺ buyurdu: “Qurbanlıq heyvanını göndər və indi olduğun kimi ehramlı olaraq qal”. Bu vaxt Suraqa ibn Malik ibn Cuşum dedi: “Ey Allahın Elçisi! Bu şəkildə edilən ümrə yalnız bu il üçün belədir, yoxsa həmişə belə olacaq?” Peyğəmbər ﷺ buyurdu: “Həmişə belə olacaq”.”

Cabir
Səhih

İstinad

Nəsəi, 2805 (Həcc, 187)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı