Sütunlara daş atdıqdan sonra dua etmək
أَخْبَرَنَا الْعَبَّاسُ بْنُ عَبْدِ الْعَظِيمِ الْعَنْبَرِيُّ ، قَالَ : حَدَّثَنَا عُثْمَانُ بْنُ عُمَرَ ، قَالَ : أَنْبَأَنَا يُونُسُ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : بَلَغَنَا أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا رَمَى الْجَمْرَةَ الَّتِي تَلِي الْمَنْحَرَ - مَنْحَرَ مِنًى - رَمَاهَا بِسَبْعِ حَصَيَاتٍ يُكَبِّرُ كُلَّمَا رَمَى بِحَصَاةٍ ، ثُمَّ تَقَدَّمَ أَمَامَهَا ، فَوَقَفَ مُسْتَقْبِلَ الْقِبْلَةِ رَافِعًا يَدَيْهِ ، يَدْعُو يُطِيلُ الْوُقُوفَ ، ثُمَّ يَأْتِي الْجَمْرَةَ الثَّانِيَةَ فَيَرْمِيهَا بِسَبْعِ حَصَيَاتٍ ، يُكَبِّرُ كُلَّمَا رَمَى بِحَصَاةٍ ، ثُمَّ يَنْحَدِرُ ذَاتَ الشِّمَالِ ، فَيَقِفُ مُسْتَقْبِلَ الْبَيْتِ ، رَافِعًا يَدَيْهِ يَدْعُو ، ثُمَّ يَأْتِي الْجَمْرَةَ الَّتِي عِنْدَ الْعَقَبَةِ ، فَيَرْمِيهَا بِسَبْعِ حَصَيَاتٍ ، وَلاَ يَقِفُ عِنْدَهَا قَالَ الزُّهْرِيُّ : سَمِعْتُ سَالِمًا ، يُحَدِّثُ بِهَذَا ، عَنْ أَبِيهِ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَكَانَ ابْنُ عُمَرَ يَفْعَلُهُ.
“Rəvayət edilir ki, əz-Zuhri ﵀ demişdir: “Bizə gəlib çatdığına görə Allah Elçisi ﷺ Minada qurban kəsilən yerin yanındakı sütunu daşladıqda yeddi daşdan istifadə etmiş və hər dəfə də daş atanda təkbir etmişdi. Sonra sütunun qarşısına keçib qibləyə yönəldi və əllərini qaldıraraq uzun müddət dua etdi. Sonra ikinci sütunun yanına gələrək yeddi daş atdı və hər daşı atanda təkbir etdi. Sonra sol tərəfdə aşağı enib qibləyə yönələrək əllərini qaldırdı və dua etdi. Sonra böyük sütuna tərəf getdi və ona yeddi daş atdı, lakin orada dayanmadı”. əz-Zuhri deyir: “Səlimdən bu şəkildə eşitmişəm. O, atası İbn Ömərdən, o da Allah Elçisinin ﷺ belə etdiyini görmüşdür. İbn Ömər özü də eynilə belə edərdi”.”
İstinad
Nəsəi, 3083 (Həcc, 465)
Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı