Həcc ayinləri kitabı

Şamlıların ehrama girəcəkləri yer

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، قَالَ : حَدَّثَنَا نَافِعٌ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، أَنَّ رَجُلاً قَامَ فِي الْمَسْجِدِ فَقَالَ : يَا رَسُولَ اللهِ ، مِنْ أَيْنَ تَأْمُرُنَا أَنْ نُهِلَّ ؟ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : يُهِلُّ أَهْلُ الْمَدِينَةِ مِنْ ذِي الْحُلَيْفَةِ ، وَيُهِلُّ أَهْلُ الشَّامِ مِنَ الْجُحْفَةِ ، وَيُهِلُّ أَهْلُ نَجْدٍ مِنْ قَرْنٍ قَالَ ابْنُ عُمَرَ : وَيَزْعُمُونَ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : وَيُهِلُّ أَهْلُ الْيَمَنِ مِنْ يَلَمْلَمَ وَكَانَ ابْنُ عُمَرَ يَقُولُ : لَمْ أَفْقَهْ هَذَا مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Bir kişi məsciddə ayağa qalxaraq belə dedi: “Ey Allahın Elçisi, haradan ehrama girməyimizi əmr edirsən?” Allah Elçisi ﷺ buyurdu: “Mədinə əhalisi Zul-Huleyfədə; Şam əhalisi Cuhfədə, Nəcd əhalisi Qarnda ehrama girirlər”. İbn Ömər dedi: “Bəzi kimsələrin deməsinə görə Allah Elçisi ﷺ demişdir: “Yəmən əhalisi də “Yələmləm” deyilən yerdən ehrama girirlər”. İbn Ömər belə deyirdi: “Mən bunu birbaşa Allah Elçisinin ﷺ özündən eşitmədim”.”

Abdullah ibn Ömər
Səhih

İstinad

Nəsəi, 2652 (Həcc, 34)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı