Həcc ayinləri kitabı

Mədinəlilərin miqat yeri

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ نَافِعٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، أَخْبَرَهُ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : يُهِلُّ أَهْلُ الْمَدِينَةِ مِنْ ذِي الْحُلَيْفَةِ ، وَأَهْلُ الشَّامِ مِنَ الْجُحْفَةِ ، وَأَهْلُ نَجْدٍ مِنْ قَرْنٍ قَالَ عَبْدُ اللهِ : وَبَلَغَنِي أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : وَيُهِلُّ أَهْلُ الْيَمَنِ مِنْ يَلَمْلَمَ.

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Mədinə əhalisi Zul-Huleyfədən, Şam əhalisi Cuhfədən, Nəcd əhalisi Qarndan ehrama girirlər”. Abdullah deyir: “Mənə gəlib çatdığına görə Allah Elçisi ﷺ belə buyurdu: “Yəmənlilər də Yələmləmdən ehrama girirlər”.”

Abdullah ibn Ömər
Səhih

İstinad

Nəsəi, 2651 (Həcc, 33)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı