Həcc ayinləri kitabı

Allah Elçisinin ﷺ həcc etmək üçün Mədinədən çıxdığı vaxt

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ ابْنِ أَبِي زَائِدَةَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : أَخْبَرَتْنِي عَمْرَةُ ، أَنَّهَا سَمِعَتْ عَائِشَةَ ، تَقُولُ : خَرَجْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، لِخَمْسٍ بَقِينَ مِنْ ذِي الْقِعْدَةِ ، لاَ نُرَى إِلاَّ الْحَجَّ حَتَّى إِذَا دَنَوْنَا مِنْ مَكَّةَ ، أَمَرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَنْ لَمْ يَكُنْ مَعَهُ هَدْيٌ إِذَا طَافَ بِالْبَيْتِ أَنْ يَحِلَّ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə Zil-Qadənin sonuna beş gün qalmış həcc etmək üçün Mədinədən çıxmışdıq. Məkkəyə yaxınlaşdığımızda Allah Elçisi ﷺ yanında qurbanı olmayan kimsələrin evi təvafdan sonra ehramdan çıxmalarını əmr etdi”.”

Aişə
Səhih

İstinad

Nəsəi, 2650 (Həcc, 32)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı