Müzdəlifədə imamla qılınan Sübh namazına çatmayan
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ قُدَامَةَ ، قَالَ : حَدَّثَنِي جَرِيرٌ ، عَنْ مُطَرِّفٍ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ عُرْوَةَ بْنِ مُضَرِّسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ أَدْرَكَ جَمْعًا مَعَ الإِمَامِ وَالنَّاسِ حَتَّى يُفِيضَ مِنْهَا ، فَقَدْ أَدْرَكَ الْحَجَّ ، وَمَنْ لَمْ يُدْرِكْ مَعَ النَّاسِ وَالإِمَامِ ، فَلَمْ يُدْرِكْ.
“Rəvayət edilir ki, Urva ibn Mudarris ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim (Müzdəlifədə) mənimlə və camaatla olar, buradan gedənə qədər (bizimlə) burada qalarsa, həccə çatmış sayılır. Kim də camaatla birlikdə olmazsa, həccə çatmamış sayılır”.”
İstinad
Nəsəi, 3040 (Həcc, 422)
Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı