Səfa təpəsinin üstündə zikr etmək
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْحَكَمِ ، عَنْ شُعَيْبٍ ، قَالَ : أَنْبَأَنَا اللَّيْثُ ، عَنْ ابْنِ الْهَادِ ، عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَابِرٍ ، قَالَ : طَافَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْبَيْتِ سَبْعًا رَمَلَ مِنْهَا ثَلاَثًا ، وَمَشَى أَرْبَعًا ، ثُمَّ قَامَ عِنْدَ الْمَقَامِ ، فَصَلَّى رَكْعَتَيْنِ ، وَقَرَأَ : {وَاتَّخِذُوا مِنْ مَقَامِ إِبْرَاهِيمَ مُصَلًّى} ، وَرَفَعَ صَوْتَهُ يُسْمِعُ النَّاسَ ، ثُمَّ انْصَرَفَ فَاسْتَلَمَ ، ثُمَّ ذَهَبَ ، فَقَالَ : نَبْدَأُ بِمَا بَدَأَ اللَّهُ بِهِ ، فَبَدَأَ بِالصَّفَا ، فَرَقِيَ عَلَيْهَا حَتَّى بَدَا لَهُ الْبَيْتُ وَقَالَ ثَلاَثَ مَرَّاتٍ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ ، يُحْيِي وَيُمِيتُ ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ، وَكَبَّرَ اللَّهَ وَحَمِدَهُ ، ثُمَّ دَعَا بِمَا قُدِّرَ لَهُ ، ثُمَّ نَزَلَ مَاشِيًا حَتَّى تَصَوَّبَتْ قَدَمَاهُ فِي بَطْنِ الْمَسِيلِ ، فَسَعَى حَتَّى صَعِدَتْ قَدَمَاهُ ، ثُمَّ مَشَى حَتَّى أَتَى الْمَرْوَةَ ، فَصَعِدَ فِيهَا ، ثُمَّ بَدَا لَهُ الْبَيْتُ ، فَقَالَ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ، قَالَ : ذَلِكَ ثَلاَثَ مَرَّاتٍ ، ثُمَّ ذَكَرَ اللَّهَ وَسَبَّحَهُ وَحَمِدَهُ ، ثُمَّ دَعَا عَلَيْهَا بِمَا شَاءَ اللَّهُ فَعَلَ هَذَا حَتَّى فَرَغَ مِنَ الطَّوَافِ.
“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ Kəbəni yeddi dəfə təvaf etdi. Bunun ilk üç dövrəsini sürətlə, sonrakı dörd dövrəsini isə adi addımlarla etdi. Sonra İbrahim məqamında dayandı və iki rükət namaz qıldı. Sonra bu ayəni: “İbrahimin durduğu yeri namazgah edin” (əl-Bəqərə, 125) oxudu və insanların eşitməsi üçün səsini qaldırdı. Sonra qara daşa tərəf dönüb onu salamladı. Sonra Səfa təpəsinə doğru getdi və buyurdu: “Biz Allahın başladığından başlayırıq”. Sonra Səfa təpəsindən başladı və Kəbə görünən yerə gələrək üç dəfə dedi: “Lə ilə:hə illəllah, vahdəhu lə şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu, yuhyi va yumi:tu va huvə alə: kulli şey in qadi:r!” Sonra Allaha təkbir dedi və Ona həmd etdi. Sonra bacardığı qədər dua etdi. Sonra yeriyərək aşağı endi. Bətnil-Məsil deyilən yerə gələnə qədər sürətlə yeridi. Sonra yenidən Mərva təpəsinə qədər adi addımlarla yeridi. Mərvaya gəldikdə Kəbəni görə biləcək bir yerə çıxıb üç dəfə: “Lə ilə:hə illəllah, vahdəhu lə şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu va huvə alə: kulli şey in qadi:r!” Sonra Allahı zikr etdi, Onu təsbih etdi və Ona həmd etdi. Sonra Allahın istədiyi qədər Allaha dua etdi. Beləcə səy etməyi bitirənə qədər davam etdi”.”
İstinad
Nəsəi, 2974 (Həcc, 356)
Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı