Həcc ayinləri kitabı

Qurbanlıq dəvəni Məkkəyə göndərməyənin həcci ümrə niyyətinə çevirməsi

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ قُدَامَةَ ، عَنْ جَرِيرٍ ، عَنْ مَنْصُورٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : خَرَجْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَلاَ نُرَى إِلاَّ الْحَجَّ ، فَلَمَّا قَدِمْنَا مَكَّةَ طُفْنَا بِالْبَيْتِ ، أَمَرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَنْ لَمْ يَكُنْ سَاقَ الْهَدْيَ ، أَنْ يَحِلَّ فَحَلَّ مَنْ لَمْ يَكُنْ سَاقَ الْهَدْيَ وَنِسَاؤُهُ لَمْ يَسُقْنَ فَأَحْلَلْنَ ، قَالَتْ عَائِشَةُ : فَحِضْتُ فَلَمْ أَطُفْ بِالْبَيْتِ ، فَلَمَّا كَانَتْ لَيْلَةُ الْحَصْبَةِ ، قُلْتُ : يَا رَسُولَ اللهِ ، يَرْجِعُ النَّاسُ بِعُمْرَةٍ وَحَجَّةٍ ، وَأَرْجِعُ أَنَا بِحَجَّةٍ ، قَالَ : أَوَ مَا كُنْتِ طُفْتِ لَيَالِيَ قَدِمْنَا مَكَّةَ قُلْتُ : لاَ ، قَالَ : فَاذْهَبِي مَعَ أَخِيكِ إِلَى التَّنْعِيمِ ، فَأَهِلِّي بِعُمْرَةٍ ، ثُمَّ مَوْعِدُكِ مَكَانُ كَذَا ، وَكَذَا.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Biz Allah Elçisi ﷺ ilə yalnız həcc etmək niyyəti ilə yola çıxdıq. Məkkəyə gəldikdə Kəbəni təvaf etdik. Allah Elçisi ﷺ qurbanlıq heyvan göndərməyənlərin ehramdan çıxmasını buyurdu. Bu səbəbdən qurbanlıq göndərməyənlər ehramdan çıxdılar. Peyğəmbərin ﷺ zövcələri də qurbanlıq heyvan göndərməmişdilər. Ona görə onlar da ehramdan çıxdılar”. Aişə deyir: “Mən heyzli olduğum üçün təvaf edə bilməmişdim. Minadan geri qayıdan gecə Allah Elçisinə ﷺ dedim: “Ey Allahın Elçisi! Hamı həcc və ümrə edib qayıdır, mən isə yalnız həcc etmişəm”. Peyğəmbər ﷺ buyurdu: “Məkkəyə gəldiyimiz gecə təvaf etməmişdin?” Mən də: “Xeyr” dedim. Allah Elçisi ﷺ buyurdu: “Elə isə qardaşınla birlikdə “ət-Tənim” deyilən yerə get, ümrə niyyəti ilə ehrama gir, ümrədə edilməsi lazım olan şeyləri et və yanımıza qayıt”.”

Aişə
Səhih

İstinad

Nəsəi, 2803 (Həcc, 185)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı