Həcc ayinləri kitabı

Ehramlı olan kimsənin şalvar geyməsinin qadağan olması

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ ، قَالَ : حَدَّثَنِي نَافِعٌ ، عَنْ ابْنِ عُمَرَ ، أَنَّ رَجُلاً قَالَ : يَا رَسُولَ اللهِ مَا نَلْبَسُ مِنَ الثِّيَابِ إِذَا أَحْرَمْنَا ؟ قَالَ : لاَ تَلْبَسُوا الْقَمِيصَ وَقَالَ عَمْرٌو مَرَّةً أُخْرَى : الْقُمُصَ ، وَلاَ الْعَمَائِمَ ، وَلاَ السَّرَاوِيلاَتِ ، وَلاَ الْخُفَّيْنِ ، إِلاَّ أَنْ لاَ يَكُونَ لأَحَدِكُمْ نَعْلاَنِ ، فَلْيَقْطَعْهُمَا أَسْفَلَ مِنَ الْكَعْبَيْنِ ، وَلاَ ثَوْبًا مَسَّهُ وَرْسٌ ، وَلاَ زَعْفَرَانٌ.

“İbn Ömər ﵄ rəvayət edir ki, bir kişi dedi: “Ey Allahın Elçisi, ehramlı ikən nə geyinə bilmərik?” Peyğəmbər ﷺ buyurdu: “Köynəklər, əmmamələr, şalvarlar və xuflar geyinməyin! Yalnız ayaqqabı tapa bilməyənlər xuffun topuqdan aşağı hissəsini kəsib geyinsin. Həmçinin sarıkök və zəfəran dəymiş libas geyinməyin!””

İbn Ömər
Səhih

İstinad

Nəsəi, 2670 (Həcc, 52)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı