Həcc ayinləri kitabı

Ehrama girənin köynək geyinməsinin qadağan olması

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ نَافِعٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، أَنَّ رَجُلاً سَأَلَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، مَا يَلْبَسُ الْمُحْرِمُ مِنَ الثِّيَابِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ تَلْبَسُوا الْقُمُصَ ، وَلاَ الْعَمَائِمَ ، وَلاَ السَّرَاوِيلاَتِ ، وَلاَ الْبَرَانِسَ ، وَلاَ الْخِفَافَ ، إِلاَّ أَحَدٌ لاَ يَجِدُ نَعْلَيْنِ ، فَلْيَلْبَسْ خُفَّيْنِ ، وَلْيَقْطَعْهُمَا أَسْفَلَ مِنَ الْكَعْبَيْنِ ، وَلاَ تَلْبَسُوا شَيْئًا مَسَّهُ الزَّعْفَرَانُ ، وَلاَ الْوَرْسُ.

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, bir kişi Allah Elçisindən ﷺ ehramlı olanın nəyi geyinə biləcəyini soruşdu. Allah Elçisi ﷺ də buyurdu: “Köynəklər, əmmamələr, şalvarlar, burnus və xuflar geyinməyin! Yalnız ayaqqabı tapa bilməyənlər xuffun (dəri corabın) topuqdan aşağı hissəsini kəsib geyinsin. Həmçinin zəfəran və sarıkök dəymiş libas geyinməyin!””

Abdullah ibn Ömər
Səhih

İstinad

Nəsəi, 2669 (Həcc, 51)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı