Həcc edərkən niyyətdə şərt qoyanda nə deyilir?
أَخْبَرَنِي عِمْرَانُ بْنُ يَزِيدَ ، قَالَ : أَنْبَأَنَا شُعَيْبٌ ، قَالَ : أَنْبَأَنَا ابْنُ جُرَيْجٍ ، قَالَ : أَنْبَأَنَا أَبُو الزُّبَيْرِ ، أَنَّهُ سَمِعَ طَاوُوسًا ، وَعِكْرِمَةَ ، يُخْبِرَانِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : جَاءَتْ ضُبَاعَةُ بِنْتُ الزُّبَيْرِ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَتْ : يَا رَسُولَ اللهِ إِنِّي امْرَأَةٌ ثَقِيلَةٌ ، وَإِنِّي أُرِيدُ الْحَجَّ فَكَيْفَ تَأْمُرُنِي أَنْ أُهِلَّ ؟ قَالَ : أَهِلِّي وَاشْتَرِطِي ، إِنَّ مَحِلِّي حَيْثُ حَبَسْتَنِي.
“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Dubəa bint əz-Zubeyr Allah Elçisinin ﷺ yanına gələrək dedi: “Ey Allahın Elçisi, mən çəkisi ağır (kök) qadınam və həcc etmək istəyirəm. Ehrama girərkən mənə nə deməyi əmr edirsən?” Allah Elçisi ﷺ buyurdu: “De: “Həcc üçün ehrama girib çıxacağım yer, xəstəliyimə görə məni saxladığın yerdir”.”
İstinad
Nəsəi, 2767 (Həcc, 149)
Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı