Məkkənin müqəddəsliyi
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ قُدَامَةَ ، عَنْ جَرِيرٍ ، عَنْ مَنْصُورٍ ، عَنْ مُجَاهِدٍ ، عَنْ طَاوُوسٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمَ الْفَتْحِ : هَذَا الْبَلَدُ حَرَّمَهُ اللَّهُ يَوْمَ خَلَقَ السَّمَوَاتِ وَالأَرْضَ ، فَهُوَ حَرَامٌ بِحُرْمَةِ اللهِ إِلَى يَوْمِ الْقِيَامَةِ لاَ يُعْضَدُ شَوْكُهُ وَلاَ يُنَفَّرُ صَيْدُهُ ، وَلاَ يَلْتَقِطُ لُقَطَتَهُ ، إِلاَّ مَنْ عَرَّفَهَا ، وَلاَ يُخْتَلَى خَلاَهُ قَالَ : الْعَبَّاسُ يَا رَسُولَ اللهِ إِلاَّ الإِذْخِرَ فَذَكَرَ كَلِمَةً مَعْنَاهَا إِلاَّ الإِذْخِرَ.
“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ Fəth günü buyurdu: “Bu şəhər Allahın göyləri və yeri yaratdığı gündən bəri haram olan (müqəddəs) bir yerdir. Bu səbəblə də Qiyamətə qədər Allahın əmri ilə bura haram olan (müqəddəs) yerdir. Onun tikanları yolunmaz, ov heyvanları qovulmaz, tapılan şeylər yalnız yiyəsi tapılıb ona verilməsi üçün götürülə bilər. Bitkiləri də yolunmaz”. Abbas dedi: “Ey Allahın Elçisi, izxir otunu bu qadağalara daxil etmə!” O da izxir otunun yolunaraq toplanmasına icazə verdi”.”
İstinad
Nəsəi, 2874 (Həcc, 256)
Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı