Ümrəyə niyyət edərək ehrama girən şəxs həcc edə bilərmi?
أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ نَافِعٍ ، أَنَّ ابْنَ عُمَرَ ، أَرَادَ الْحَجَّ عَامَ نَزَلَ الْحَجَّاجُ ، بَابْنِ الزُّبَيْرِ فَقِيلَ لَهُ : إِنَّهُ كَائِنٌ بَيْنَهُمْ قِتَالٌ ، وَأَنَا أَخَافُ أَنْ يَصُدُّوكَ ، قَالَ : لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللهِ ، أُسْوَةٌ حَسَنَةٌ ، إِذًا أَصْنَعُ كَمَا صَنَعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، إِنِّي أُشْهِدُكُمْ أَنِّي قَدْ أَوْجَبْتُ عُمْرَةً ثُمَّ خَرَجَ حَتَّى إِذَا كَانَ بِظَاهِرِ الْبَيْدَاءِ ، قَالَ : مَا شَأْنُ الْحَجِّ وَالْعُمْرَةِ إِلاَّ وَاحِدٌ أُشْهِدُكُمْ أَنِّي قَدْ أَوْجَبْتُ حَجًّا مَعَ عُمْرَتِي وَأَهْدَى هَدْيًا اشْتَرَاهُ بِقُدَيْدٍ ، ثُمَّ انْطَلَقَ يُهِلُّ بِهِمَا جَمِيعًا حَتَّى قَدِمَ مَكَّةَ فَطَافَ بِالْبَيْتِ ، وَبِالصَّفَا وَالْمَرْوَةِ ، وَلَمْ يَزِدْ عَلَى ذَلِكَ ، وَلَمْ يَنْحَرْ ، وَلَمْ يَحْلِقْ ، وَلَمْ يُقَصِّرْ ، وَلَمْ يَحِلَّ مِنْ شَيْءٍ حَرُمَ مِنْهُ حَتَّى كَانَ يَوْمُ النَّحْرِ فَنَحَرَ ، وَحَلَقَ فَرَأَى أَنْ قَدْ قَضَى طَوَافَ الْحَجِّ وَالْعُمْرَةِ بِطَوَافِهِ الأَوَّلِ ، وَقَالَ ابْنُ عُمَرَ : كَذَلِكَ فَعَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.
“Nafi ﵀ rəvayət edir ki, Həccacın Məkkədə İbn əz-Zubeyri mühasirədə saxladığı vaxt İbn Ömər həcc etmək istədi. Mən də ona dedim: “Orada onların arasında döyüş gedir, ona görə sənin həcc etməyinə mane olacaqlarından qorxuram”. O dedi: “Allahın Elçisində sizin üçün gözəl nümunə var. O, nə edibsə, biz də onu edəcəyik. Mən ümrə edəcəyimə sizi şahid tuturam”. Sonra yola düşdü. əl-Beyda deyilən tərəfə gəldikdə: “Həcc də ümrə də eyni şeydir. Ona görə həcc ilə ümrəni birlikdə edəcəyəm” dedi və Qudeyddən aldığı qurbanı Məkkəyə göndərdi. Özü isə ümrə və həcc etmək üçün ehrama girib yola düşdü. Məkkəyə gəldikdə Kəbəni təvaf etdi, Səfa və Mərva arasında səy etdikdən sonra başqa heç nə etmədi. Nə qurban kəsdi, nə saçını qırxdı, nə də saçını qısaltdı. Bayram gününə qədər ehramlı olana haram olan heç nəyi etmədi. Bayram günü isə qurbanını kəsdi, başını qırxdırdı, həcc və ümrə təvafını bir dəfədə etdi. Sonra İbn Ömər dedi: “Allah Elçisi ﷺ belə etmişdir”.”
İstinad
Nəsəi, 2746 (Həcc, 128)
Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı