Təlbiyə necə deyilir?
أَخْبَرَنَا عِيسَى بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي يُونُسُ ، عَنْ ابْنِ شِهَابٍ ، قَالَ : إِنَّ سَالِمًا ، أَخْبَرَنِي أَنَّ أَبَاهُ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُهِلُّ يَقُولُ : لَبَّيْكَ اللَّهُمَّ لَبَّيْكَ ، لَبَّيْكَ لاَ شَرِيكَ لَكَ لَبَّيْكَ ، إِنَّ الْحَمْدَ وَالنِّعْمَةَ لَكَ وَالْمُلْكَ ، لاَ شَرِيكَ لَكَ وَإِنَّ عَبْدَ اللهِ بْنَ عُمَرَ كَانَ يَقُولُ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يَرْكَعُ بِذِي الْحُلَيْفَةِ رَكْعَتَيْنِ ، ثُمَّ إِذَا اسْتَوَتْ بِهِ النَّاقَةُ قَائِمَةً عِنْدَ مَسْجِدِ ذِي الْحُلَيْفَةِ ، أَهَلَّ بِهَؤُلاَءِ الْكَلِمَاتِ.
“Səlim ﵀ rəvayət edir ki, atası (İbn Ömər) demişdir: “Mən Allah Elçisinin ﷺ ehrama girərkən belə dediyini eşitdim: “Ləbbeyk, Alla:hummə ləbbeyk! Ləbbeyk lə: şəri:kə ləkə ləbbeyk! İnnəl-həmdə van-ni'mətə ləkə val-mulkə, lə: şəri:kə lək!” Abdullah ibn Ömər belə deyərdi: “Allah Elçisi ﷺ Zul-Huleyfədə iki rükət namaz qıldı. Sonra dəvəsinin üstündə Zul-Huleyfə məscidinin yanında yuxarıda qeyd edilən kəlmələri deyərək ehrama girdi”.”
İstinad
Nəsəi, 2747 (Həcc, 129)
Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı