Həcc ayinləri kitabı

Haramda ilan öldürmək

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ ، عَنْ حَفْصِ بْنِ غِيَاثٍ ، عَنِ الأَعْمَشِ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : كُنَّا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْخَيْفِ مِنْ مِنًى ، حَتَّى نَزَلَتْ {وَالْمُرْسَلاَتِ عُرْفًا} فَخَرَجَتْ حَيَّةٌ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : اقْتُلُوهَا ، فَابْتَدَرْنَاهَا ، فَدَخَلَتْ فِي جُحْرِهَا.

“Rəvayət edilir ki, Abdullah ﵂ demişdir: “Bir dəfə mən Minada Xayf məscidində Allah Elçisi ﷺ ilə birlikdə idim. Bu əsnada “And olsun xeyirlə göndərilənlərə” (əl-Mursələt surəsi) nazil oldu və ilan peyda oldu. Allah Elçisi ﷺ buyurdu: “Öldürün onu!” Biz qaçıb onu vurmaq istədikdə, o, yuvasına girdi”.”

Abdullah
Səhih

İstinad

Nəsəi, 2883 (Həcc, 265)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı