Həcc ayinləri kitabı

Haramda ilan öldürmək

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا ابْنُ جُرَيْجٍ ، أَخْبَرَنِي أَبُو الزُّبَيْرِ ، عَنْ مُجَاهِدٍ ، عَنْ أَبِي عُبَيْدَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : كُنَّا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيْلَةَ عَرَفَةَ ، الَّتِي قَبْلَ يَوْمِ عَرَفَةَ فَإِذَا حِسُّ الْحَيَّةِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : اقْتُلُوهَا فَدَخَلَتْ شَقَّ جُحْرٍ ، فَأَدْخَلْنَا عُودًا ، فَقَلَعْنَا بَعْضَ الْجُحْرِ ، فَأَخَذْنَا سَعَفَةً ، فَأَضْرَمْنَا فِيهَا نَارًا ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : وَقَاهَا اللَّهُ شَرَّكُمْ ، وَوَقَاكُمْ شَرَّهَا.

“Əbu Ubeydə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Arafa günündən bir gün əvvəl gecə vaxtı Allah Elçisi ﷺ ilə birlikdə idim. Birdən bir ilan gördüm və Allah Elçisi ﷺ buyurdu: “Öldürün onu!” İlan da o dəqiqə bir deşiyə girdi. Biz də xurma yarpaqlarını yandıraraq o deşiyə tüstü verməyə başladıq və həmin deşiyə od vurduq. Allah Elçisi ﷺ buyurdu: “Allah onu sizin şərinizdən, sizi isə onun şərindən qorudu”.”

Əbu Ubeydə atasından
Səhih

İstinad

Nəsəi, 2884 (Həcc, 266)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı