Peyğəmbər ﷺ Kəbəni təvaf etdikdə ilk üç dövrəni sürətlə edərdi
أَخْبَرَنِي مُحَمَّدُ بْنُ سُلَيْمَانَ ، عَنْ حَمَّادِ بْنِ زَيْدٍ ، عَنْ أَيُّوبَ ، عَنْ ابْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : لَمَّا قَدِمَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَصْحَابُهُ مَكَّةَ قَالَ الْمُشْرِكُونَ : وَهَنَتْهُمْ حُمَّى يَثْرِبَ ، وَلَقُوا مِنْهَا شَرًّا ، فَأَطْلَعَ اللَّهُ نَبِيَّهُ عَلَيْهِ الصَّلاَةُ وَالسَّلاَمُ عَلَى ذَلِكَ فَأَمَرَ أَصْحَابَهُ أَنْ يَرْمُلُوا ، وَأَنْ يَمْشُوا مَا بَيْنَ الرُّكْنَيْنِ وَكَانَ الْمُشْرِكُونَ مِنْ نَاحِيَةِ الْحِجْرِ فَقَالُوا : لَهَؤُلاَءِ أَجْلَدُ مِنْ كَذَا.
“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ və səhabələri Məkkəyə gəldikdə müşriklər dedilər: “Mədinənin qızdırması bunlara xoş təsir etmədiyinə görə zəifləyiblər”. Allah da bunu Peyğəmbərinə ﷺ xəbər verdi. Allah Elçisi ﷺ də səhabələrinə müşriklərin olduğu qara daş tərəfdən keçərkən (sağ çiyinlərini açaraq) sürətlə yeriməyi buyurdu. Müşriklər dedilər: “Bunlar əvvəlkindən daha qüvvətli olublar”.”
İstinad
Nəsəi, 2945 (Həcc, 327)
Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı