Ehramlı ikən evlənməyin qadağan olunması
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، عَنْ سُفْيَانَ ، عَنْ أَيُّوبَ بْنِ مُوسَى ، عَنْ نُبَيْهِ بْنِ وَهْبٍ ، قَالَ : أَرْسَلَ عُمَرُ بْنُ عُبَيْدِ اللهِ بْنِ مَعْمَرٍ إِلَى أَبَانَ بْنِ عُثْمَانَ يَسْأَلُهُ أَيَنْكِحُ الْمُحْرِمُ ؟ فَقَالَ أَبَانُ : إِنَّ عُثْمَانَ بْنَ عَفَّانَ حَدَّثَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لاَ يَنْكِحُ الْمُحْرِمُ ، وَلاَ يَخْطُبُ.
“Rəvayət edilir ki, Nubeyh ibn Vəhb ﵀ demişdir: “Ömər ibn Ubeydullah ibn Mə'mər Əban ibn Osmana ehramlının kiminsə kəbinini kəsməsinin icazəli olub-olmadığını öyrənmək üçün adam göndərdi. Əban dedi: “Osman ibn Əffan dedi ki, Peyğəmbər ﷺ belə buyurdu: “Ehramlı olan nə başqasının nikahını kəsə bilər, nə də başqasından qız istəyə bilər”.”
İstinad
Nəsəi, 2844 (Həcc, 226)
Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı