Həcc ayinləri kitabı

Kəbəyə miqatlardan daha yaxın olanlar nə edir?

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ الدَّوْرَقِيُّ ، عَنْ مُحَمَّدِ بْنِ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنَا مَعْمَرٌ ، قَالَ : أَخْبَرَنِي عَبْدُ اللهِ بْنُ طَاوُوسٍ ، عَنْ أَبِيهِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : وَقَّتَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لأَهْلِ الْمَدِينَةِ ذَا الْحُلَيْفَةِ ، وَلأَهْلِ الشَّامِ الْجُحْفَةَ ، وَلأَهْلِ نَجْدٍ قَرْنًا ، وَلأَهْلِ الْيَمَنِ يَلَمْلَمَ ، قَالَ : هُنَّ لَهُمْ وَلِمَنْ أَتَى عَلَيْهِنَّ مِمَّنْ سِوَاهُنَّ ، لِمَنْ أَرَادَ الْحَجَّ وَالْعُمْرَةَ ، وَمَنْ كَانَ دُونَ ذَلِكَ مِنْ حَيْثُ بَدَا حَتَّى يَبْلُغَ ذَلِكَ أَهْلَ مَكَّةَ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: Allah Elçisi ﷺ Mədinə əhalisi üçün Zul-Huleyfəni, Şam əhalisi üçün Cuhfəni, Nəcd əhalisi üçün Qarnı, Yəmən əhalisi üçün Yələmləməni ehrama giriləcək yer olaraq təyin etdi və belə buyurdu: “Bura oranın camaatı və kənardan gəlib oradan keçərək həcc və ümrə etmək istəyən kimsələr üçündür. Məkkəyə daha yaxın olanlar isə olduqları yerdən ehrama girirlər. Məkkəyə gələnə qədər vəziyyət belədir”.”

İbn Abbas
Səhih

İstinad

Nəsəi, 2657 (Həcc, 39)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı