Nifaslı qadınların ehrama girməsi
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الْحَكَمِ ، عَنْ شُعَيْبٍ ، أَنْبَأَنَا اللَّيْثُ ، عَنْ ابْنِ الْهَادِ ، عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : أَقَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تِسْعَ سِنِينَ ، لَمْ يَحُجَّ ، ثُمَّ أَذَّنَ فِي النَّاسِ بِالْحَجِّ ، فَلَمْ يَبْقَ أَحَدٌ يَقْدِرُ أَنْ يَأْتِيَ رَاكِبًا ، أَوْ رَاجِلاً إِلاَّ قَدِمَ ، فَتَدَارَكَ النَّاسُ لِيَخْرُجُوا مَعَهُ حَتَّى جَاءَ ذَا الْحُلَيْفَةِ فَوَلَدَتْ أَسْمَاءُ بِنْتُ عُمَيْسٍ مُحَمَّدَ بْنَ أَبِي بَكْرٍ ، فَأَرْسَلَتْ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : اغْتَسِلِي ، وَاسْتَثْفِرِي بِثَوْبٍ ، ثُمَّ أَهِلِّي فَفَعَلَتْ مُخْتَصَرٌ.
“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ doqquz il həcc etməmişdi. Sonra insanlara həcc edəcəyini bildirdi. Minikli və piyada getməyə gücü çatan hər kəs Allah Elçisi ﷺ ilə birlikdə həcc etmək üçün Mədinəyə axışıb Allah Elçisi ﷺ ilə yola çıxdılar. Onlar Zul-Huleyfəyə çatdıqda Əsma bint Umeys Muhəmməd ibn Əbu Bəkri dünyaya gətirdi. Əsma Allah Elçisinə ﷺ xəbər göndərdikdə Allah Elçisi ﷺ buyurdu: “Qüsl al, bir bez parçadan istifadə et və ehrama gir!” Əsma da onun dediyini etdi”.”
İstinad
Nəsəi, 2761 (Həcc, 143)
Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı