Həcc ayinləri kitabı

Müzdəlifədə dayanmağın müddəti

أَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ عَمْرِو بْنِ مَيْمُونٍ ، قَالَ : سَمِعْتُهُ يَقُولُ : شَهِدْتُ عُمَرَ ، بِجَمْعٍ ، فَقَالَ : إِنَّ أَهْلَ الْجَاهِلِيَّةِ كَانُوا لاَ يُفِيضُونَ حَتَّى تَطْلُعَ الشَّمْسُ ، وَيَقُولُونَ : أَشْرِقْ ثَبِيرُ وَإِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، خَالَفَهُمْ ، ثُمَّ أَفَاضَ قَبْلَ أَنْ تَطْلُعَ الشَّمْسُ.

“Rəvayət edilir ki, Amr ibn Məymun ﵀ demişdir: “Müzdəlifədə Ömərin belə buyurduğunun şahidi oldum: “Həqiqətən, cahiliyyət əhli günəş çıxana qədər Müzdəlifədən uzaqlaşmaz və belə deyərdilər: “Günəşi çıxart!” Allah Elçisi ﷺ də onlara müxalif olaraq günəş çıxmadan Müzdəlifədən uzaqlaşdı”.”

Amr ibn Məymun
Səhih

İstinad

Nəsəi, 3047 (Həcc, 429)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı