Kəbəni təvaf etdikdə deyilən fəzilətli zikrlər
أَنْبَأَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ عَطَاءٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُبَيْدِ بْنِ عُمَيْرٍ ، أَنَّ رَجُلاً قَالَ : يَا أَبَا عَبْدِ الرَّحْمَنِ مَا أَرَاكَ تَسْتَلِمُ إِلاَّ هَذَيْنِ الرُّكْنَيْنِ ؟ قَالَ : إِنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : إِنَّ مَسْحَهُمَا : يَحُطَّانِ الْخَطِيئَةَ وَسَمِعْتُهُ يَقُولُ : مَنْ طَافَ سَبْعًا ، فَهُوَ كَعِدْلِ رَقَبَةٍ.
“Rəvayət edilir ki, bir kişi Abdullah ibn Ubeyd ibn Umeyrə ﵀ dedi: “Ey Əbu Abdur-Rahmən, bu küncə əl sürtməyin səbəbi nədir?” O dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Bu iki küncə əl sürtmək günahları silib aparır”. Həmçinin onun belə dediyini eşitmişəm: “Kim Kəbəni yeddi dəfə təvaf edərsə, bir qul azad etmiş kimidir”.”
İstinad
Nəsəi, 2919 (Həcc, 301)
Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı