Kəbəyə doğru qılınan namazın yeri
أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنِي السَّائِبُ بْنُ عُمَرَ ، قَالَ : حَدَّثَنِي مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ السَّائِبِ ، عَنْ أَبِيهِ ، أَنَّهُ كَانَ يَقُودُ ابْنَ عَبَّاسٍ وَيُقِيمُهُ عِنْدَ الشُّقَّةِ الثَّالِثَةِ مِمَّا يَلِي الرُّكْنَ الَّذِي يَلِي الْحَجَرَ مِمَّا يَلِي الْبَابَ ، فَقَالَ ابْنُ عَبَّاسٍ أَمَا أُنْبِئْتَ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصَلِّي هَاهُنَا فَيَقُولُ : نَعَمْ ، فَيَتَقَدَّمُ فَيُصَلِّي.
“Muhəmməd ibn Abdullah ibn əs-Səib atasından ﵀ rəvayət edir ki, İbn Abbasın gözləri görmədiyinə görə ona kömək edirdim. Kəbənin qapısından və Həcərul-Əsvəd (Qara daş) küncündən sonra gələn üçüncü sütunun arasına gəldikdə İbn Abbas dedi: “Allah Elçisinin ﷺ burada namaz qıldığını bilirdinmi?” Abdullah ibn əs-Səib dedi: “Bəli, oraya daxil olar və namaz qılardı”.”
İstinad
Nəsəi, 2918 (Həcc, 300)
Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı