Haram ərazisində heyvanları ürkütməyin qadağan olması
أَخْبَرَنَا سَعِيدُ بْنُ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَمْرٍو ، عَنْ عِكْرِمَةَ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : هَذِهِ مَكَّةُ ، حَرَّمَهَا اللَّهُ عَزَّ وَجَلَّ يَوْمَ خَلَقَ السَّمَوَاتِ وَالأَرْضَ ، لَمْ تَحِلَّ لأَحَدٍ قَبْلِي ، وَلاَ لأَحَدٍ بَعْدِي ، وَإِنَّمَا أُحِلَّتْ لِي سَاعَةً مِنْ نَهَارٍ ، وَهِيَ سَاعَتِي هَذِهِ حَرَامٌ بِحَرَامِ ، اللهِ إِلَى يَوْمِ الْقِيَامَةِ ، لاَ يُخْتَلَى خَلاَهَا ، وَلاَ يُعْضَدُ شَجَرُهَا ، وَلاَ يُنَفَّرُ صَيْدُهَا ، وَلاَ تَحِلُّ لُقَطَتُهَا إِلاَّ لِمُنْشِدٍ فَقَامَ الْعَبَّاسُ وَكَانَ رَجُلاً مُجَرِّبًا ، فَقَالَ : إِلاَّ الإِذْخِرَ فَإِنَّهُ لِبُيُوتِنَا وَقُبُورِنَا ، فَقَالَ : إِلاَّ الإِذْخِرَ.
“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bu, Məkkədir. Allah ﷿ onu göyləri və yeri yaratdığı gün haram (müqəddəs) etmişdir. Məndən qabaq bura heç kimə halal olmayıb və məndən sonra da heç kimə halal olmayacaq. Mənə də ancaq günün bir qismində halal edilmişdir. Bu saatdan Qiyamətə qədər bura haramdır. Buranın bitkiləri yolunmaz, ağacları kəsilməz, ov heyvanları ürküdülməz, itən əşya isə yalnız yiyəsi tapılmaq üçün götürülə bilər”. Abbas ayağa qalxdı - o cəsur adam idi - və dedi: “Ey Allahın Elçisi, izxir otunu bu qadağalara daxil etmə! Biz onu evlərimizdə və qəbirlərdə istifadə edirik”. O da: “İzxirdən başqa” deyərək onun yolunaraq toplanmasına icazə verdi”.”
İstinad
Nəsəi, 2892 (Həcc, 274)
Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı