Həcc ayinləri kitabı

Arafa günü hansı zikrlər edilir?

أَخْبَرَنَا عِيسَى بْنُ إِبْرَاهِيمَ ، عَنْ ابْنِ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي مَخْرَمَةُ ، عَنْ أَبِيهِ ، قَالَ : سَمِعْتُ يُونُسَ ، عَنْ ابْنِ الْمُسَيَّبِ ، عَنْ عَائِشَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَا مِنْ يَوْمٍ أَكْثَرَ مِنْ أَنْ يُعْتِقَ اللَّهُ عَزَّ وَجَلَّ فِيهِ عَبْدًا أَوْأَمَةً مِنَ النَّارِ مِنْ يَوْمِ عَرَفَةَ ، وَإِنَّهُ لَيَدْنُو ، ثُمَّ يُبَاهِي بِهِمُ الْمَلاَئِكَةَ ، وَيَقُولُ : مَا أَرَادَ هَؤُلاَءِ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : يُشْبِهُ أَنْ يَكُونَ يُونُسَ بْنَ يُوسُفَ الَّذِي رَوَى عَنْهُ مَالِكٌ وَاللَّهُ تَعَالَى أَعْلَمُ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Allahın ﷿ oddan Arafa gündəki qədər çox qul azad etdiyi başqa bir gün yoxdur. Həqiqətən, o gün (Allah dünya səmasına) yaxınlaşır və mələklərin qarşısında (Arafada olanlarla) öyünərək buyurur: “Bunlar nə istəyirlər?””

Aişə
Səhih

İstinad

Nəsəi, 3003 (Həcc, 385)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı