Başqasının ovladığı ətdən ehramlı olan yeyə bilər, yoxsa yox?
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا هِشَامٌ ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي قَتَادَةَ ، قَالَ : انْطَلَقَ أَبِي مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَامَ الْحُدَيْبِيَةِ ، فَأَحْرَمَ أَصْحَابُهُ وَلَمْ يُحْرِمْ فَبَيْنَمَا أَنَا مَعَ أَصْحَابِي ضَحِكَ بَعْضُهُمْ إِلَى بَعْضٍ ، فَنَظَرْتُ فَإِذَا حِمَارُ وَحْشٍ فَطَعَنْتُهُ فَاسْتَعَنْتُهُمْ فَأَبَوْا أَنْ يُعِينُونِي فَأَكَلْنَا مِنْ لَحْمِهِ ، وَخَشِينَا أَنْ نُقْتَطَعَ ، فَطَلَبْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أُرَفِّعُ فَرَسِي ، شَأْوًا وَأَسِيرُ شَأْوًا ، فَلَقِيتُ رَجُلاً مِنْ غِفَارٍ فِي جَوْفِ اللَّيْلِ ، فَقُلْتُ : أَيْنَ تَرَكْتَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ؟ قَالَ : تَرَكْتُهُ وَهُوَ قَائِلٌ بِالسُّقْيَا فَلَحِقْتُهُ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنَّ أَصْحَابَكَ يَقْرَؤُونَ عَلَيْكَ السَّلاَمَ وَرَحْمَةَ اللهِ ، وَإِنَّهُمْ قَدْ خَشُوا أَنْ يُقْتَطَعُوا دُونَكَ ، فَانْتَظِرْهُمْ ، فَانْتَظَرَهُمْ فَقُلْتُ : يَا رَسُولَ اللهِ إِنِّي أَصَبْتُ حِمَارَ وَحْشٍ ، وَعِنْدِي مِنْهُ ، فَقَالَ لِلْقَوْمِ : كُلُوا ، وَهُمْ مُحْرِمُونَ.
“Rəvayət edilir ki, Abdullah ibn Əbu Qatədə ﵀ demişdir: “Atam Hudeybiyyə ilində Allah Elçisi ﷺ ilə birlikdə yola çıxmışdı. Yoldaşları ehrama girmişdilər, atam isə girməmişdi. Atam deyir: “Bu arada mən dostlarımla birlikdə olanda onlardan bir qismi digərlərinə baxaraq gülüşdülər. Bir də baxdım ki, çöleşşəyi! Heyvanı yaraladım, yoldaşlarımdan kömək istədim, lakin mənə kömək etmək istəmədilər. Heyvanın ətindən yedik, lakin qorxduq, ona görə Allah Elçisinə ﷺ çatmaq üçün atımı gah çapdım, gah da adi halda sürməyə başladım. Gecə vaxtı Ğifar qəbiləsindən olan bir adamla rastlaşdım və ona dedim: “Sən Allah Elçisini ﷺ harada tərk etdin?” O dedi: “O, günorta vaxtı əs-Sufyada yatmışdı”. Beləcə, Peyğəmbərə ﷺ çatdım və dedim: “Ey Allahın Elçisi, səhabələrin sənə Allahın salamını və rəhmətini diləyirlər. Onlar düşmən tərəfindən səninlə aralarının kəsilməsindən narahatdırlar”. Dolayı şəkildə onun səhabələrini gözləməsini dedim. O da səhabələrini gözləməyə başladı. Mən dedim: “Ey Allahın Elçisi, mən vəhşi bir eşşək ovladım, yanımda da ondan bir az var”. Peyğəmbər ﷺ orada olanlara: “Yeyin!” dedi. Onların hamısı ehramda idi.”
İstinad
Nəsəi, 2824 (Həcc, 206)
Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı