Həcc ayinləri kitabı

Muhassir vadisindən sürətlə keçmək

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ هَارُونَ ، قَالَ : حَدَّثَنَا حَاتِمُ بْنُ إِسْمَعِيلَ ، قَالَ : حَدَّثَنَا جَعْفَرُ بْنُ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، قَالَ : دَخَلْنَا عَلَى جَابِرِ بْنِ عَبْدِ اللهِ ، فَقُلْتُ : أَخْبِرْنِي عَنْ حَجَّةِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، دَفَعَ مِنَ الْمُزْدَلِفَةِ قَبْلَ أَنْ تَطْلُعَ الشَّمْسُ ، وَأَرْدَفَ الْفَضْلَ بْنَ الْعَبَّاسِ حَتَّى أَتَى مُحَسِّرًا حَرَّكَ قَلِيلاً ، ثُمَّ سَلَكَ الطَّرِيقَ الْوُسْطَى الَّتِي تُخْرِجُكَ عَلَى الْجَمْرَةِ الْكُبْرَى حَتَّى أَتَى الْجَمْرَةَ الَّتِي عِنْدَ الشَّجَرَةِ ، فَرَمَى بِسَبْعِ حَصَيَاتٍ يُكَبِّرُ مَعَ كُلِّ حَصَاةٍ مِنْهَا - حَصَى الْخَذْفِ - رَمَى مِنْ بَطْنِ الْوَادِي.

“Cəfər ibn Muhəmməd atasının ﵀ belə dediyini rəvayət etmişdir: “Biz Cabir ibn Abdullahın yanına gəlmişdik. Mən dedim: “Mənə Peyğəmbərin ﷺ həcci haqda məlumat ver”. O dedi: “Allah Elçisi ﷺ günəş çıxmamışdan qabaq Müzdəlifədən çıxıb getməyə başladı. Fədl ibn Abbas da onun miniyinin üstündə idi. O, Muhassir vadisinə gəldikdə bir az sürətləndi. Böyük sütuna çıxan orta yola girib ağacın yanındakı sütuna gedərək yeddi daş atdı. Hər dəfə daş atanda təkbir edirdi. Daşları Bətnil-Vadidən atırdı”.”

Cəfər ibn Muhəmməd atasından
Səhih

İstinad

Nəsəi, 3054 (Həcc, 436)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı