Heyvanların üzərindəki qan izinin onların qurbanlıq olduqlarına işarə olması
أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ قَتَادَةَ ، عَنْ أَبِي حَسَّانَ الأَعْرَجِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَمَّا كَانَ بِذِي الْحُلَيْفَةِ ، أَمَرَ بِبَدَنَتِهِ فَأُشْعِرَ فِي سَنَامِهَا مِنَ الشِّقِّ الأَيْمَنِ ، ثُمَّ سَلَتَ عَنْهَا ، وَقَلَّدَهَا نَعْلَيْنِ فَلَمَّا اسْتَوَتْ بِهِ عَلَى الْبَيْدَاءِ أَهَلَّ.
“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Zul-Huleyfəyə gəldikdə qurbanlıq bir dəvə ayrılmasını və dəvənin hörgücünün sağ tərəfinə qurbanlıq olmasını bildirmək üçün çərtərək bir (qan) işarəsinin və həmin qanın qurbanlıq olmasını bildirmək üçün qalmasını əmr etdi. Onun qurbanlıq olmasını bildirmək üçün dəvənin boynuna işarə üçün iki ayaqqabı bağladı və əl-Beyda deyilən yerə gələn kimi ehrama girdi.”
İstinad
Nəsəi, 2774 (Həcc, 156)
Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı