Sütunlara minik üstündə getmək və ehramlı adamın kölgələnməsi
أَخْبَرَنِي عَمْرُو بْنُ هِشَامٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، عَنْ أَبِي عَبْدِ الرَّحِيمِ ، عَنْ زَيْدِ بْنِ أَبِي أُنَيْسَةَ ، عَنْ يَحْيَى بْنِ الْحُصَيْنِ ، عَنْ جَدَّتِهِ أُمِّ حُصَيْنٍ ، قَالَتْ : حَجَجْتُ فِي حَجَّةِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَرَأَيْتُ بِلاَلاً يَقُودُ بِخِطَامِ رَاحِلَتِهِ ، وَأُسَامَةُ بْنُ زَيْدٍ رَافِعٌ عَلَيْهِ ثَوْبَهُ يُظِلُّهُ مِنَ الْحَرِّ وَهُوَ مُحْرِمٌ حَتَّى رَمَى جَمْرَةَ الْعَقَبَةِ ، ثُمَّ خَطَبَ النَّاسَ ، فَحَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ ، وَذَكَرَ قَوْلاً كَثِيرًا.
“Rəvayət edilir ki, Ummu Husayn ﵂ demişdir: “Mən Peyğəmbər ﷺ ilə birlikdə həcdə idim və Bilalın onun dəvəsinin yüyənindən tutaraq getdiyini gördüm. Usamə ibn Zeyd isə ehramlı olmasına baxmayaraq istinin təsirindən Peyğəmbəri ﷺ qorumaq üçün paltarı ilə onu kölgələndirirdi. Peyğəmbər ﷺ bu vəziyyətdə böyük sütunu daşladıqdan sonra insanlara xütbə verdi, Allaha həmd-səna etdi və bir çox şeylər danışdı”.”
İstinad
Nəsəi, 3060 (Həcc, 442)
Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı