Qiran həcci
أَخْبَرَنِي عِمْرَانُ بْنُ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا عِيسَى وَهُوَ ابْنُ يُونُسَ ، قَالَ : حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ مُسْلِمٍ الْبَطِينِ ، عَنْ عَلِيِّ بْنِ حُسَيْنٍ ، عَنْ مَرْوَانَ بْنِ الْحَكَمِ ، قَالَ : كُنْتُ جَالِسًا عِنْدَ عُثْمَانَ فَسَمِعَ عَلِيًّا يُلَبِّي بِعُمْرَةٍ ، وَحَجَّةٍ ، فَقَالَ : أَلَمْ نَكُنْ نُنْهَى عَنْ هَذَا ، قَالَ : بَلَى ، وَلَكِنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : يُلَبِّي بِهِمَا جَمِيعًا ، فَلَمْ أَدَعْ قَوْلَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، لِقَوْلِكَ.
“Rəvayət edilir ki, Mərvan ibn əl-Həkəm ﵀ demişdir: “Bir dəfə mən Osmanın yanında oturmuşdum. O, Əlinin həcc və ümrəni birlikdə etdiyini eşitdi və dedi: “Məgər biz bunu qadağan etməmişdik?” Əli dedi: “Bəli, lakin mən Allah Elçisinin ﷺ bu ikisini birlikdə etdiyini eşitmişəm və sənin əmrinə görə Allah Elçisinin ﷺ sözünü tərk edə bilmərəm”.”
İstinad
Nəsəi, 2722 (Həcc, 104)
Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı