Qiran həcci
أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا أَبُو عَامِرٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنِ الْحَكَمِ ، قَالَ : قَالَ سَمِعْتُ عَلِيَّ بْنَ حُسَيْنٍ ، يُحَدِّثُ عَنْ مَرْوَانَ ، أَنَّ عُثْمَانَ نَهَى عَنِ الْمُتْعَةِ ، وَأَنْ يَجْمَعَ الرَّجُلُ بَيْنَ الْحَجِّ وَالْعُمْرَةِ ، فَقَالَ عَلِيٌّ : لَبَّيْكَ بِحَجَّةٍ وَعُمْرَةٍ مَعًا ، فَقَالَ عُثْمَانُ : أَتَفْعَلُهَا ، وَأَنَا أَنْهَى عَنْهَا ، فَقَالَ عَلِيٌّ : لَمْ أَكُنْ لأَدَعَ سُنَّةَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لأَحَدٍ مِنَ النَّاسِ
“Mərvan ﵀ rəvayət edir ki, Osman təməttu həccini etməyi qadağan etmişdi. Əlinin həcc ilə ümrəni birlikdə etməsi üçün: “Ləbbeyk, həcc və ümrəni birlikdə edirəm” deməsini gördükdə Osman dedi: “Mənim qadağama baxmayaraq sən həcc ilə ümrəni birlikdə edirsən?” Əli dedi: “İnsanlardan birinin əmri ilə Allah Elçisinin ﷺ sünnəsini tərk edə bilmərəm”.”
İstinad
Nəsəi, 2723 (Həcc, 105)
Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı