Həcc ayinləri kitabı

Sütunlara atılan daşların sayı

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ هَارُونَ ، قَالَ : حَدَّثَنَا حَاتِمُ بْنُ إِسْمَعِيلَ ، قَالَ : حَدَّثَنَا جَعْفَرُ بْنُ مُحَمَّدِ بْنِ عَلِيِّ بْنِ حُسَيْنٍ ، عَنْ أَبِيهِ ، قَالَ : دَخَلْنَا عَلَى جَابِرِ بْنِ عَبْدِ اللهِ ، فَقُلْتُ : أَخْبِرْنِي عَنْ حَجَّةِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ؟ فَقَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، رَمَى الْجَمْرَةَ الَّتِي عِنْدَ الشَّجَرَةِ بِسَبْعِ حَصَيَاتٍ ، يُكَبِّرُ مَعَ كُلِّ حَصَاةٍ مِنْهَا - حَصَى الْخَذْفِ ، رَمَى مِنْ بَطْنِ الْوَادِي ، ثُمَّ انْصَرَفَ إِلَى الْمَنْحَرِ فَنَحَرَ.

“Cəfər ibn Muhəmməd ibn Əli ibn Hüseyn atasının ﵀ belə dediyini rəvayət etmişdir: “Biz Cabir ibn Abdullahın yanına gəldik. Mən dedim: “Mənə Peyğəmbərin ﷺ həcci haqda xəbər ver”. O dedi: “Allah Elçisi ﷺ ağacın altından sütuna yeddi daş atdı və hər dəfə daş atanda təkbir edirdi. Bu daşları Bətnil-Vadinin ortasından atırdı. Sonra qurban kəsilmə yerinə gedərək qurbanını kəsdi”.”

Cəfər ibn Muhəmməd ibn Əli ibn Hüseyn atasından
Səhih

İstinad

Nəsəi, 3076 (Həcc, 458)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı