Həcc ayinləri kitabı

Təməttu həcci

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ حَرْمَلَةَ ، قَالَ : سَمِعْتُ سَعِيدَ بْنَ الْمُسَيَّبِ ، يَقُولُ : حَجَّ عَلِيٌّ وَعُثْمَانُ فَلَمَّا كُنَّا بِبَعْضِ الطَّرِيقِ نَهَى عُثْمَانُ عَنِ التَّمَتُّعِ فَقَالَ عَلِيٌّ إِذَا رَأَيْتُمُوهُ قَدْ ارْتَحَلَ فَارْتَحِلُوا فَلَبَّى عَلِيٌّ وَأَصْحَابُهُ بِالْعُمْرَةِ ، فَلَمْ يَنْهَهُمْ عُثْمَانُ فَقَالَ عَلِيٌّ : أَلَمْ أُخْبَرْ أَنَّكَ تَنْهَى عَنِ التَّمَتُّعِ قَالَ : بَلَى ، قَالَ لَهُ عَلِيٌّ : أَلَمْ تَسْمَعْ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، تَمَتَّعَ قَالَ : بَلَى.

“Rəvayət edilir ki, Səid ibn əl-Museyyib ﵀ demişdir: “Əli və Osman həcc edirdilər. Yolda Osman təməttu həccini qadağan etdi. Əli dedi: “Onun yola düşdüyünü gördüyünüz vaxt siz də yola düşün”. Əli və dostları ümrə etmək üçün ehrama girdilər, Osman isə onlara mane olmadı. Əli dedi: “Məgər sən təməttu həccini etməyi qadağan etmədinmi?” Osman dedi: “Bəli”. Əli dedi: “Məgər sən Allah Elçisinin ﷺ təməttu həcci etdiyini eşitmədinmi?” Osman dedi: “Eşitmişəm”.”

Səid ibn əl-Museyyib
Səhih

İstinad

Nəsəi, 2733 (Həcc, 115)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı