Qurbanlıq göndərənin ehrama girməsi vacibdirmi?
أَخْبَرَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، عَنْ مَالِكٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي بَكْرٍ ، عَنْ عَمْرَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : كُنْتُ أَفْتِلُ قَلاَئِدَ هَدْيِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِيَدَيَّ ، ثُمَّ يُقَلِّدُهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِيَدِهِ ، ثُمَّ يَبْعَثُ بِهَا مَعَ أَبِي ، فَلاَ يَدَعُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ شَيْئًا أَحَلَّهُ اللَّهُ عَزَّ وَجَلَّ لَهُ ، حَتَّى يَنْحَرَ الْهَدْيَ.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisinin ﷺ göndərəcəyi qurbanlıq heyvanların boyunlarına taxmaq üçün ipləri əlimlə hörərdim. Sonra Allah Elçisi ﷺ onları öz əlləri ilə bağlayar və sonra onları atamla (Məkkəyə) göndərərdi. Qurban kəsənə qədər Allahın ona halal etdiyi şeyləri də haram saymazdı”.”
İstinad
Nəsəi, 2793 (Həcc, 175)
Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı