Həcc ayinləri kitabı

Təməttu həcci

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، وَمُحَمَّدُ بْنُ بَشَّارٍ - وَاللَّفْظُ لَهُ - قَالاَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنِ الْحَكَمِ ، عَنْ عُمَارَةَ بْنِ عُمَيْرٍ ، عَنْ إِبْرَاهِيمَ بْنِ أَبِي مُوسَى ، عَنْ أَبِي مُوسَى ، أَنَّهُ كَانَ يُفْتِي بِالْمُتْعَةِ ، فَقَالَ لَهُ رَجُلٌ : رُوَيْدَكَ بِبَعْضِ فُتْيَاكَ ، فَإِنَّكَ لاَ تَدْرِي مَا أَحْدَثَ أَمِيرُ الْمُؤْمِنِينَ فِي النُّسُكِ بَعْدُ حَتَّى لَقِيتُهُ فَسَأَلْتُهُ ، فَقَالَ عُمَرُ : قَدْ عَلِمْتُ أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ فَعَلَهُ ، وَلَكِنْ كَرِهْتُ أَنْ يَظَلُّوا مُعَرِّسِينَ بِهِنَّ فِي الأَرَاكِ ، ثُمَّ يَرُوحُوا بِالْحَجِّ ، تَقْطُرُ رُؤُوسُهُمْ.

“Rəvayət edilir ki, Əbu Musa ﵁ təməttu həccini etməyə icazə verirdi. Bir kişi ona dedi: “Fətvalarında ehtiyatlı ol! Yəqin ki, möminlərin əmirinin bu haqda yeni əmrini bilmirsən”. Əbu Musa Ömərin yanına gəldikdə Ömər dedi: “Mən Peyğəmbərin ﷺ belə etdiyini bilirəm, lakin Ərak deyilən yerdə kişilərin öz qadınları ilə yaxınlıq etdikdən sonra saçlarından su damcıları axa-axa həcc etmələri xoşuma gəlmir”.”

Əbu Musa
Səhih

İstinad

Nəsəi, 2735 (Həcc, 117)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı