Həcc ayinləri kitabı

Ehramlı kimsənin burnus geyməsinin qadağan olması

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ نَافِعٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، أَنَّ رَجُلاً سَأَلَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَا يَلْبَسُ الْمُحْرِمُ مِنَ الثِّيَابِ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ تَلْبَسُوا الْقَمِيصَ ، وَلاَ الْعَمَائِمَ ، وَلاَ السَّرَاوِيلاَتِ ، وَلاَ الْبَرَانِسَ ، وَلاَ الْخِفَافَ ، إِلاَّ أَحَدٌ لاَ يَجِدُ نَعْلَيْنِ ، فَلْيَلْبَسْ خُفَّيْنِ ، وَلْيَقْطَعْهُمَا أَسْفَلَ مِنَ الْكَعْبَيْنِ ، وَلاَ تَلْبَسُوا شَيْئًا مَسَّهُ الزَّعْفَرَانُ ، وَلاَ الْوَرْسُ.

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, bir kişi Allah Elçisindən ﷺ ehramlının hansı paltar geyinə bilməsi haqda soruşduqda Peyğəmbər ﷺ buyurdu: “Köynək, əmmamə, şalvarlar, burnus və xuflar geyinməyin! Yalnız ayaqqabı tapa bilməyən kimsə xuffun topuqdan aşağı hissəsini kəsib geyinsin. Həmçinin zəfəran və sarıkök dəymiş bir şey geyinməyin!””

Abdullah ibn Ömər
Səhih

İstinad

Nəsəi, 2674 (Həcc, 56)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı