Ehramda olarkən ətirin vurulduğu yer
أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ أَبِي مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : كَأَنِّي أَنْظُرُ إِلَى وَبِيصِ الطِّيبِ فِي مَفَارِقِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ يُهِلُّ.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisinin ﷺ ehrama girməmişdən qabaq saçlarını ayırdığı yerə vurduğu ətirin parlaqlığını, sanki hələ də görürəm”.”
Aişə
Səhihİstinad
Nəsəi, 2699 (Həcc, 81)
Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı