Həcc ayinləri kitabı

Qara daşa əl sürtmək və təvaf etmək necə başlanır?

أَخْبَرَنَا عَبْدُ الأَعْلَى بْنُ وَاصِلِ بْنِ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ ، عَنْ سُفْيَانَ ، عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَابِرٍ ، قَالَ : لَمَّا قَدِمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَكَّةَ ، دَخَلَ الْمَسْجِدَ فَاسْتَلَمَ الْحَجَرَ ، ثُمَّ مَضَى عَلَى يَمِينِهِ ، فَرَمَلَ ثَلاَثًا ، وَمَشَى أَرْبَعًا ، ثُمَّ أَتَى الْمَقَامَ فَقَالَ : {وَاتَّخِذُوا مِنْ مَقَامِ إِبْرَاهِيمَ مُصَلًّى} فَصَلَّى رَكْعَتَيْنِ ، وَالْمَقَامُ بَيْنَهُ وَبَيْنَ الْبَيْتِ ثُمَّ أَتَى الْبَيْتَ بَعْدَ الرَّكْعَتَيْنِ ، فَاسْتَلَمَ الْحَجَرَ ، ثُمَّ خَرَجَ إِلَى الصَّفَا.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ Məkkəyə gəldikdə məscidə daxil oldu və qara daşa əl sürtdü. Sonra qara daşın sağ tərəfindən təvaf etməyə başladı. Təvafın ilk üç dövrəsini iti addımlarla, son dörd dövrəsini isə adi addımlarla keçdi. Sonra İbrahim məqamına gələrək: “İbrahimin durduğu yeri namazgah edin” (əl-Bəqərə, 125) deyərək iki rükət namaz qıldı. Namaz qılanda İbrahim məqamı onunla Kəbə arasında idi. İki rükət qıldıqdan sonra Kəbəyə gələrək yenidən qara daşı öpdü. Sonra Səfa təpəsinə çıxdı”.”

Cabir
Səhih

İstinad

Nəsəi, 2939 (Həcc, 321)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı