Həcc ayinləri kitabı

Qara daşı necə öpmək lazımdır?

أَخْبَرَنَا عَمْرُو بْنُ عُثْمَانَ ، قَالَ : حَدَّثَنَا الْوَلِيدُ ، عَنْ حَنْظَلَةَ ، قَالَ : رَأَيْتُ طَاوُوسًا يَمُرُّ بِالرُّكْنِ ، فَإِنْ وَجَدَ عَلَيْهِ زِحَامًا مَرَّ ، وَلَمْ يُزَاحِمْ ، وَإِنْ رَآهُ خَالِيًا ، قَبَّلَهُ ثَلاَثًا ، ثُمَّ قَالَ : رَأَيْتُ ابْنَ عَبَّاسٍ ، فَعَلَ مِثْلَ ذَلِكَ ، وَقَالَ ابْنُ عَبَّاسٍ : رَأَيْتُ عُمَرَ بْنَ الْخَطَّابِ ، فَعَلَ مِثْلَ ذَلِكَ ، ثُمَّ قَالَ : إِنَّكَ حَجَرٌ ، لاَ تَنْفَعُ وَلاَ تَضُرُّ ، وَلَوْلاَ أَنِّي رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَبَّلَكَ ، مَا قَبَّلْتُكَ ، ثُمَّ قَالَ : عُمَرُ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَعَلَ مِثْلَ ذَلِكَ.

“Rəvayət edilir ki, Hənzələ ﵀ demişdir: “Mən Tavusu qara daşı ziyarət edərkən gördüm. Camaat çox olardısa yanından keçərdi, camaat az olanda onu üç dəfə öpər və belə deyərdi: “Mən İbn Abbasın eynilə belə etdiyini gördüm. İbn Abbas da Ömər ibn əl-Xattabın belə etdiyini gördüyünü və belə dediyini söyləmişdir: “Sən faydası və zərəri olmayan bir daşsan. Allah Elçisinin ﷺ səni öpdüyünü görməsəydim, səni öpməzdim”. Sonra Ömər belə dedi: “Mən Allah Elçisinin ﷺ belə etdiyini görmüşəm”.”

Hənzələ
Zəif

İstinad

Nəsəi, 2938 (Həcc, 320)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı