Həcc ayinləri kitabı

Arafa günü yavaş getmək

أَخْبَرَنَا يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : أَخْبَرَنِي أَشْهَبُ ، قَالَ : أَخْبَرَنِي مَالِكٌ ، أَنَّ ابْنَ شِهَابٍ ، حَدَّثَهُ ، عَنْ سَالِمِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : كَتَبَ عَبْدُ الْمَلِكِ بْنُ مَرْوَانَ إِلَى الْحَجَّاجِ بْنِ يُوسُفَ يَأْمُرُهُ أَنْ لاَ يُخَالِفَ ابْنَ عُمَرَ ، فِي أَمْرِ الْحَجِّ ، فَلَمَّا كَانَ يَوْمُ عَرَفَةَ ، جَاءَهُ ابْنُ عُمَرَ ، حِينَ زَالَتِ الشَّمْسُ وَأَنَا مَعَهُ ، فَصَاحَ عِنْدَ سُرَادِقِهِ : أَيْنَ هَذَا ؟ فَخَرَجَ إِلَيْهِ الْحَجَّاجُ وَعَلَيْهِ مِلْحَفَةٌ مُعَصْفَرَةٌ ، فَقَالَ لَهُ : مَا لَكَ يَا أَبَا عَبْدِ الرَّحْمَنِ ؟ قَالَ : الرَّوَاحَ إِنْ كُنْتَ تُرِيدُ السُّنَّةَ ، فَقَالَ لَهُ : هَذِهِ السَّاعَةَ فَقَالَ لَهُ : نَعَمْ ، فَقَالَ : أُفِيضُ عَلَيَّ مَاءً ثُمَّ أَخْرُجُ إِلَيْكَ ، فَانْتَظَرَهُ حَتَّى خَرَجَ فَسَارَ بَيْنِي وَبَيْنَ أَبِي ، فَقُلْتُ : إِنْ كُنْتَ تُرِيدُ أَنْ تُصِيبَ السُّنَّةَ ، فَأَقْصِرِ الْخُطْبَةَ ، وَعَجِّلِ الْوُقُوفَ ، فَجَعَلَ يَنْظُرُ إِلَى ابْنِ عُمَرَ كَيْمَا يَسْمَعَ ذَلِكَ مِنْهُ ، فَلَمَّا رَأَى ذَلِكَ ابْنُ عُمَرَ ، قَالَ : صَدَقَ.

“Rəvayət edilir ki, Səlim ibn Abdullah ﵀ demişdir: “Abdul-Məlik ibn Mərvan Həccac ibn Yusufa məktub yazaraq həcc ilə əlaqəli məsələlərdə İbn Ömərə müxalif olmamağı tapşırdı. Arafa günü günəş batmağa meyl etdikdə İbn Ömər onun yanına gəldi. Mən də onun yanında idim. Onun çadırına yaxınlaşdıqda İbn Ömər bərkdən dedi: “O haradadır?” Həccac sarı rəngli cübbədə çadırdan çıxıb dedi: “Nə olub, ey Əbu Abdur-Rahmən?” İbn Ömər dedi: “Əgər sünnə ilə getmək istəyirsənsə, gəl Arafaya!” Həccac ona dedi: “Bu saatda?” İbn Ömər dedi: “Bəli”. Həccac dedi: “Qoy yuyunum, gəlim gedək”. O gələnə qədər İbn Ömər onu gözlədi, Həccac gəldikdə mənimlə atamın arasında getməyə başladı. Mən ona dedim: “Əgər sünnəyə tabe olmaq istəyirsənsə, xütbəni qısa de, dayanmağa tələs”. Həccac İbn Ömərin bu məsələdə bir şey deyib-deməyəcəyinə baxdı. İbn Ömər də: “Doğru söylədi”- dedi”.”

Səlim ibn Abdullah
Səhih

İstinad

Nəsəi, 3005 (Həcc, 387)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı