Həcc ayinləri kitabı

Arafada təlbiyə etmək

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عُثْمَانَ بْنِ حَكِيمٍ الأَوْدِيُّ ، قَالَ : حَدَّثَنَا خَالِدُ بْنُ مَخْلَدٍ ، قَالَ : حَدَّثَنَا عَلِيُّ بْنُ صَالِحٍ ، عَنْ مَيْسَرَةَ بْنِ حَبِيبٍ ، عَنِ الْمِنْهَالِ بْنِ عَمْرٍو ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، قَالَ : كُنْتُ مَعَ ابْنِ عَبَّاسٍ ، بِعَرَفَاتٍ ، فَقَالَ : مَا لِي لاَ أَسْمَعُ النَّاسَ يُلَبُّونَ ؟ قُلْتُ : يَخَافُونَ مِنْ مُعَاوِيَةَ ، فَخَرَجَ ابْنُ عَبَّاسٍ ، مِنْ فُسْطَاطِهِ ، فَقَالَ : لَبَّيْكَ اللَّهُمَّ لَبَّيْكَ ، لَبَّيْكَ فَإِنَّهُمْ قَدْ تَرَكُوا السُّنَّةَ مِنْ بُغْضِ عَلِيٍّ.

“Rəvayət edilir ki, Səid ibn Cubeyr ﵀ demişdir: “Bir dəfə İbn Abbasla birlikdə Arafada idim. İbn Abbas dedi: “Nəyə görə insanların təlbiyə dediklərini eşitmirəm?” Mən dedim: “Çünki Müaviyədən qorxurlar”. İbn Abbas çadırından çıxıb: “Ləbbeyk, Alla:hummə ləbbeyk, ləbbeykə...” deyərək təlbiyə gətirməyə başladı və dedi: “Əliyə qəzəbli olduqlarına görə sünnəni tərk etmişlər”.”

Səid ibn Cubeyr
Səhih

İstinad

Nəsəi, 3006 (Həcc, 388)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı