Həcc ayinləri kitabı

Həccin də digər borclar kimi bir borc olması

أَخْبَرَنَا أَبُو عَاصِمٍ خُشَيْشُ بْنُ أَصْرَمَ النَّسَائِيُّ ، عَنْ عَبْدِ الرَّزَّاقِ ، قَالَ : أَنْبَأَنَا مَعْمَرٌ ، عَنِ الْحَكَمِ بْنِ أَبَانَ ، عَنْ عِكْرِمَةَ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : قَالَ رَجُلٌ : يَا رَسُولَ اللهِ إِنَّ أَبِي مَاتَ ، وَلَمْ يَحُجَّ ، أَفَأَحُجُّ عَنْهُ ؟ قَالَ : أَرَأَيْتَ لَوْ كَانَ عَلَى أَبِيكَ دَيْنٌ أَكُنْتَ قَاضِيَهُ ؟ قَالَ : نَعَمْ ، قَالَ : فَدَيْنُ اللهِ أَحَقُّ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir kişi dedi: “Ey Allahın Elçisi! Atam həcc etmədən öldü. Onun yerinə mən həcc edə bilərəm?” Allah Elçisi ﷺ dedi: “Atanın bir borcu olsa onu sən ödəyərdin?” Kişi: “Bəli” dedi. Allah Elçisi ﷺ də buyurdu: “Allaha olan borc ödənilməyə daha layiqdir”.”

İbn Abbas
Səhih

İstinad

Nəsəi, 2639 (Həcc, 21)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı