Həcc ayinləri kitabı

Həccin də digər borclar kimi bir borc olması

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا جَرِيرٌ ، عَنْ مَنْصُورٍ ، عَنْ مُجَاهِدٍ ، عَنْ يُوسُفَ بْنِ الزُّبَيْرِ ، عَنْ عَبْدِ اللهِ بْنِ الزُّبَيْرِ ، قَالَ : جَاءَ رَجُلٌ مِنْ خَثْعَمَ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : إِنَّ أَبِي شَيْخٌ كَبِيرٌ ، لاَ يَسْتَطِيعُ الرُّكُوبَ ، وَأَدْرَكَتْهُ فَرِيضَةُ اللهِ فِي الْحَجِّ ، فَهَلْ يُجْزِئُ أَنْ أَحُجَّ عَنْهُ ؟ قَالَ : آنْتَ أَكْبَرُ وَلَدِهِ ؟ قَالَ : نَعَمْ ، قَالَ : أَرَأَيْتَ لَوْ كَانَ عَلَيْهِ دَيْنٌ أَكُنْتَ تَقْضِيهِ ؟ قَالَ : نَعَمْ ، قَالَ : فَحُجَّ عَنْهُ.

“Rəvayət edilir ki, Abdullah ibn əz-Zubeyr ﵄ demişdir: “Xasam tayfasından bir kişi Allah Elçisinin ﷺ yanına gələrək dedi: “Atam çox qocadır. Bir miniyə minib səfərə çıxa biləcək vəziyyətdə deyil. Özünə də həcc vacib olmuş vəziyyətdədir, onun yerinə mən həcc edə bilərəm?” Allah Elçisi ﷺ buyurdu: “Atanın böyük oğlu sənsən?” Həmin kişi: “Bəli” dedi. Allah Elçisi ﷺ buyurdu: “Atanın borcu olsaydı, sən onu ödəyərdin?” Kişi: “Bəli” dedi. Allah Elçisi ﷺ də buyurdu: “Elə isə onun yerinə sən həcc et”.”

Abdullah ibn əz-Zubeyr
Zəif

İstinad

Nəsəi, 2638 (Həcc, 20)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı