Həcc ayinləri kitabı

Sütunlar üçün daşları haradan yığmaq lazımdır?

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ ابْنِ جُرَيْجٍ ، قَالَ : أَخْبَرَنِي أَبُو الزُّبَيْرِ ، عَنْ أَبِي مَعْبَدٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَبَّاسٍ ، عَنِ الْفَضْلِ بْنِ عَبَّاسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِلنَّاسِ حِينَ دَفَعُوا عَشِيَّةَ عَرَفَةَ وَغَدَاةَ جَمْعٍ : عَلَيْكُمْ بِالسَّكِينَةِ وَهُوَ كَافٌّ نَاقَتَهُ ، حَتَّى إِذَا دَخَلَ مِنًى فَهَبَطَ ، حِينَ هَبَطَ مُحَسِّرًا قَالَ : عَلَيْكُمْ بِحَصَى الْخَذْفِ الَّذِي تُرْمَى بِهِ الْجَمْرَةُ قَالَ : وَالنَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُشِيرُ بِيَدِهِ كَمَا يَخْذِفُ الإِنْسَانُ.

“Rəvayət edilir ki, Fədl ibn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ Arafa gününün axşamı və Müzdəlifə gecəsi gedərkən camaata “Yavaş olun!” deyir, özü də dəvənin yüyənini çəkirdi. Minanın sərhədlərinə gəldikdə eyni şəkildə davam etdi. Muhassir vadisinə gəldikdə isə buyurdu: “Sütunlarda atacağınız daşları toplayın!” Allah Elçisi ﷺ bunu deyərkən əli ilə daşları atırmış kimi işarə edirdi”.”

Fədl ibn Abbas
Səhih

İstinad

Nəsəi, 3058 (Həcc, 440)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı