Yalnız ümrə üçün ehrama girənin təvafı
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَمْرٍو ، قَالَ : سَمِعْتُ ابْنَ عُمَرَ ، وَسَأَلْنَاهُ عَنْ رَجُلٍ قَدِمَ مُعْتَمِرًا ، فَطَافَ بِالْبَيْتِ ، وَلَمْ يَطُفْ بَيْنَ الصَّفَا ، وَالْمَرْوَةِ ، أَيَأْتِي أَهْلَهُ ؟ قَالَ : لَمَّا قَدِمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَطَافَ سَبْعًا ، وَصَلَّى خَلْفَ الْمَقَامِ رَكْعَتَيْنِ ، وَطَافَ بَيْنَ الصَّفَا وَالْمَرْوَةِ ، وَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللهِ أُسْوَةٌ حَسَنَةٌ.
“Rəvayət edilir ki, Amr ﵀ demişdir: “Biz İbn Ömərdən soruşduq: “Ümrə edən Kəbəni təvaf edib Səfa və Mərva arasında səy etməyən kişi öz zövcəsi ilə yata bilərmi?” İbn Ömər dedi: “Allah Elçisi ﷺ Məkkəyə gəldiyi vaxt yeddi dəfə təvaf etdi. Sonra İbrahim məqamının arxasında iki rükət namaz qıldı və Səfa ilə Mərva arasında səy etdi. Şübhəsiz ki, Allah Elçisində ﷺ sizin üçün ən gözəl nümunə var”.”
İstinad
Nəsəi, 2930 (Həcc, 312)
Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı