Həcc və ümrəni birlikdə etmək istəyən qurban gətirməyibsə, nə etməlidir?
أَخْبَرَنَا أَحْمَدُ بْنُ الأَزْهَرِ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ الأَنْصَارِيُّ ، قَالَ : حَدَّثَنَا أَشْعَثُ ، عَنِ الْحَسَنِ ، عَنْ أَنَسٍ ، قَالَ : خَرَجَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَخَرَجْنَا مَعَهُ ، فَلَمَّا بَلَغَ ذَا الْحُلَيْفَةِ ، صَلَّى الظُّهْرَ ، ثُمَّ رَكِبَ رَاحِلَتَهُ ، فَلَمَّا اسْتَوَتْ بِهِ عَلَى الْبَيْدَاءِ ، أَهَلَّ بِالْحَجِّ وَالْعُمْرَةِ جَمِيعًا ، فَأَهْلَلْنَا مَعَهُ ، فَلَمَّا قَدِمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَكَّةَ ، وَطُفْنَا ، أَمَرَ النَّاسَ أَنْ يَحِلُّوا ، فَهَابَ الْقَوْمُ ، فَقَالَ لَهُمْ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لَوْلاَ أَنَّ مَعِي الْهَدْيَ ، لأَحْلَلْتُ فَحَلَّ الْقَوْمُ حَتَّى حَلُّوا إِلَى النِّسَاءِ ، وَلَمْ يَحِلَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَلَمْ يُقَصِّرْ إِلَى يَوْمِ النَّحْرِ.
“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ həcc ziyarət üçün çıxdı, biz də onunla birlikdə idik. Zul-Huleyfəyə çatanda Zöhr namazını qıldı. Sonra miniyinə minərək əl-Beydaya gəldikdə həcc və ümrə üçün ehrama girdi. Biz də ehrama girdik. Allah Elçisi ﷺ Məkkəyə gəldikdə təvaflarımızı etdik. Allah Elçisi ehramdan çıxmağımızı əmr etdi. Camaat isə bundan çəkindi. Camaatın çəkindiyini gördükdə Allah Elçisi ﷺ buyurdu: “Əgər yanımda qurbanım olmasaydı, mən də ehramdan çıxardım”. İnsanlar ehramdan çıxdılar, hətta zövcələri ilə yatdılar. Allah Elçisi ﷺ qurban gününə qədər ehramdan çıxmadı və saçını da qısaltmadı”.”
İstinad
Nəsəi, 2931 (Həcc, 313)
Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı