Müzdəlifədə imamla qılınan Sübh namazına çatmayan
أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنِي بُكَيْرُ بْنُ عَطَاءٍ ، قَالَ : سَمِعْتُ عَبْدَ الرَّحْمَنِ بْنَ يَعْمَرَ الدِّيلِيَّ ، قَالَ : شَهِدْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِعَرَفَةَ وَأَتَاهُ نَاسٌ مِنْ نَجْدٍ ، فَأَمَرُوا رَجُلاً ، فَسَأَلَهُ عَنِ الْحَجِّ ، فَقَالَ : الْحَجُّ عَرَفَةُ ، مَنْ جَاءَ لَيْلَةَ جَمْعٍ قَبْلَ صَلاَةِ الصُّبْحِ فَقَدْ أَدْرَكَ حَجَّهُ ، أَيَّامُ مِنًى ثَلاَثَةُ أَيَّامٍ ، مَنْ تَعَجَّلَ فِي يَوْمَيْنِ فَلاَ إِثْمَ عَلَيْهِ ، وَمَنْ تَأَخَّرَ فَلاَ إِثْمَ عَلَيْهِ ، ثُمَّ أَرْدَفَ رَجُلاً فَجَعَلَ يُنَادِي بِهَا فِي النَّاسِ.
“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Yamər əd-Dili ﵁ demişdir: “Mən Peyğəmbəri ﷺ Arafada gördüm. Onun yanına Nəcddən bir dəstə insan gəlmişdi. Aralarından bir kişidən Peyğəmbərdən ﷺ həcc ilə əlaqəli suallar verməsini tələb etdilər. Peyğəmbər ﷺ buyurdu: “Həcc Arafadır. Kim Sübh namazından qabaq Müzdəlifəyə çatıbsa, həccə çatmış sayılır. Minada olan günlər üç gündür. Kim tələsərək iki gündə qayıdarsa, ona bir günah yoxdur. Kim gecikərsə, ona da bir günah yoxdur”. Peyğəmbər ﷺ bunları insanlara nida edərək söyləməsi üçün bir nəfəri göndərdi”.”
İstinad
Nəsəi, 3044 (Həcc, 426)
Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı