Həcc ayinləri kitabı

Kəbəyə daxil olmaq

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا هُشَيْمٌ ، قَالَ : أَنْبَأَنَا ابْنُ عَوْنٍ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، قَالَ : دَخَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْبَيْتَ وَمَعَهُ الْفَضْلُ بْنُ عَبَّاسٍ وَأُسَامَةُ بْنُ زَيْدٍ وَعُثْمَانُ بْنُ طَلْحَةَ وَبِلاَلٌ فَأَجَافُوا عَلَيْهِمُ الْبَابَ ، فَمَكَثَ فِيهِ مَا شَاءَ اللَّهُ ، ثُمَّ خَرَجَ قَالَ ابْنُ عُمَرَ : كَانَ أَوَّلُ مَنْ لَقِيتُ بِلاَلاً قُلْتُ : أَيْنَ صَلَّى النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ؟ قَالَ : مَا بَيْنَ الأُسْطُوَانَتَيْنِ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ əl-Fədl ibn Abbas, Usamə ibn Zeyd, Osman ibn Təlhə və Bilal Kəbəyə daxil oldular. Sonra qapını bağladılar. Onlar Allahın istədiyi qədər orada qaldıqdan sonra çıxdılar. Mənim ilk qarşılaşdığım şəxs Bilal idi. Ona dedim: “Peyğəmbər ﷺ harada namaz qıldı?” O dedi: “İki sütunun arasında”.”

İbn Ömər
Səhih

İstinad

Nəsəi, 2906 (Həcc, 288)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı