Ehramlının başında olan bitə görə əziyyət çəkməsi
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ عَبْدِ الْكَرِيمِ بْنِ مَالِكٍ الْجَزَرِيِّ ، عَنْ مُجَاهِدٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي لَيْلَى ، عَنْ كَعْبِ بْنِ عُجْرَةَ ، أَنَّهُ كَانَ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مُحْرِمًا ، فَآذَاهُ الْقَمْلُ فِي رَأْسِهِ فَأَمَرَهُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَنْ يَحْلِقَ رَأْسَهُ ، وَقَالَ : صُمْ ثَلاَثَةَ أَيَّامٍ ، أَوْ أَطْعِمْ سِتَّةَ مَسَاكِينَ ، مُدَّيْنِ مُدَّيْنِ أَوْ انْسُكْ شَاةً ، أَيَّ ذَلِكَ فَعَلْتَ أَجْزَأَ عَنْكَ.
“Rəvayət edilir ki, Kəb ibn Ucra ﵁ ehramlı ikən Allah Elçisinin ﷺ yanında idi. O, başında olan bitlərdən əziyyət çəkirdi. Allah Elçisi ﷺ ona başını keçəl etdirməyi əmr etdi və buyurdu: “Üç gün oruc tut və ya altı kasıbı iki mudd ərzaq verərək yedirt, ya da bir qoyun kəs. Bunlardan hansını etsən, əvəzini ödəmiş olarsan”.”
İstinad
Nəsəi, 2851 (Həcc, 233)
Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı